Bahar gəlir ellərə | Yaza aid şeir

Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.

Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.
Düşüb fəqanə quşlar,
Yağır isti yağışlar.

Qar əriyir dağlarda,
Bülbül ötür bağlarda.
Gün yayılır hər yerə,
Bahar gəlir ellərə.a

Bahar gəlir ellərə şeiri 

Bahar gəlir ellərə | Yaza aid şeir yaz seiri
 

0 şərh